ABŞ, Böyük Britaniya, Almaniya və Fransa hökumətləri Suriyada vəziyyətin pisləşməsi ilə bağlı birgə bəyanat yayıb.
Gununsesi.info xəbər verir ki, bəyanatın mətnini ABŞ Dövlət Departamentinin mətbuat xidməti yayıb.
İngiltərə, ABŞ, Almaniya və Fransa da mülki əhalinin və infrastrukturun deeskalasiyasına və qorunmasına çağırır.
“Hazırkı eskalasiya yalnız BMT TŞ-nin 2254 saylı qətnaməsinə uyğun olaraq suriyalıların özlərinin rəhbərliyi altında münaqişənin siyasi həllinə təcili ehtiyac olduğunu vurğulayır“– deyə bəyanatda deyilir.
Qeyd edək ki, Suriyada qarşıdurma noyabrın 27-dən başlayıb.
Günel