Danimarka və Norveç suriyalı qaçqınların sığınacaq müraciətlərinin qəbulunu dayandırır.
Gununsesi.info xəbər verir ki, bu barədə Fransanın AFP agentliyi məlumat yayıb.
Danimarka Qaçqınlar Şurasının bildirdiyinə görə, onlar ölkədəki qeyri-müəyyən vəziyyətə görə Suriyadan gələnlərin işlərinə baxılmasını dayandırmaq qərarına gəlib.
Norveç İmmiqrasiya İdarəsi də vəziyyət normallaşana qədər suriyalıların işlərinə baxılmasını dayandırmaq niyyətində olduğunu açıqlayıb.
Gununsesi.info