Bu ölkənin nazirləri maaşlarından imtina etdilər

  • By admin
  • 21 Mart 2024 17:19

Pakistanın Baş naziri Şahbaz Şərif və federal hökumət nazirləri maaş və müavinətlərindən könüllü olaraq imtina ediblər.

Gununsesi.info xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin hökumət xərclərini azaltmağa yönəlmiş kəskin qənaət tədbirləri olub.

Eyni zamanda, daha əvvəl Pakistan Prezidenti Asif Ali Zardari də maaşını və müavinətlərini almaqdan imtina edib. “Vəzifəyə görə hökumətdən aldığım rəsmi ödənişlərlə milli xəzinəni çox yükləməmək qərarına gəldim”, – deyə o bildirib.

Qeyd edək ki, hökumət xərclərinə qənaət etmək üçün tədbirlərin görülməsi Pakistanın fevral ayında keçirilən parlament seçkisindən sonra formalaşan və Şahbaz Şərifin rəhbərlik etdiyi yeni federal hökumətin ilk addımlarından biri olub.

 

Gununsesi.info