Rusiyanın neft ixracı üzrə gəlirləri bu ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 38,7 faiz, təbii qaz üzrə gəlirləri isə 19,5 faiz artıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin məlumatında deyilir. Bildirilir ki, ölkənin neft ixracı üzrə gəlirləri bu ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətdə 38,7 faiz artaraq 45,6 milyard dollara, təbii qaz üzrə gəlirləri isə 19,5 faiz çoxalaraq 17,9 milyard dollara yüksəlib.
Ölkədə təbii qaz ixracının həcmi də 8,6 faiz artaraq 103,6 milyard kubmetrə çatıb.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə əldə edilən neft hasilatının azaldılması sazişinə görə gündəlik neft hasilatını 300 min barrel azaltmağı öhdəlik götürən Rusiya iyul ayında sutkalıq istehsalını 307 min barrel azaldıb.
Gununsesi.info