Yunanıstanın paytaxtı Afinada Aleksandr Qriqoropulosun ölümünün ildönümü ilə bağlı keçirilən yürüş zamanı küçələrdə xaos yaşanıb.
Gununsesi.info xəbər verir ki, Afinanın mərkəzində günorta saatlarında toplaşan tələbələrin Qriqoropulos üçün təşkil etdiyi anım yürüşü insidentsiz başa çatıb. Lakinxşam saatlarında paytaxtda minlərlə insanın qatıldığı ikinci nümayişdə Eksarhia rayonunda bir qrup zibil qutularını yandırıb, yolu barrikadalar bağlayıb, ətrafdakı mağazalara ziyan vurub.
Təhlükəsizlik qüvvələrinə müxtəlif əşyalar atan qrupa polis gözyaşardıcı qazla cavab verib.
Onlarla insan saxlanılıb.
Gununsesi.info