“Bu ölkəyə cavab veriləcək” -Moskvadan XƏBƏRDARLIQ

Moskva rusiyalı diplomatın Moldovadan çıxarılmasına cavab verəcək.

Gununsesi.info TASS-a istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

HTML tutorial

“Rusiya müvafiq cavab verəcək”, – nazirlik qeyd edib.

Bundan əvvəl Moldovanın Xarici və Avropaya İnteqrasiya Nazirliyi bildirmişdi ki, Kişinyov Rusiya səfirliyinin əməkdaşını ölkə ərazisinə düşən raket parçaları ilə bağlı insidentdən sonra ölkədən çıxarır.

Moldova Daxili İşlər Nazirliyi bu gün səhər saatlarında Naslavça kəndinin kənarına raket parçalarının düşməsi barədə məlumat yayıb.

İlkin məlumata görə, bir sıra evlərin şüşələri sınsa da, xəsarət alan olmayıb. Nazirlik bildirib ki, səhər saatlarında Ukraynanın Moldova ilə həmsərhəd Vinnitsa və Çernovitskaya vilayətlərində hava hücumu həyəcanı elan edilib. Bu ərazidə ölkənin Ukrayna ilə sərhədi bağlanıb.

Gununsesi.info