Bu ölkə əbədi müharibə ilə üzləşəcək

  • Müəllif: Ayshan
  • 06 Noyabr 2025 23:01

Avropa Ukrayna Silahlı Qüvvələrinə dəstək yanaşmasını dəyişməsə, Ukrayna “əbədi müharibə” ilə üzləşə bilər.

Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen “The Guardian”a bildirib.

“Strategiyamızda ciddi dəyişikliklər etməsək, əbədi müharibə vəziyyətinə düşmək riskimiz var”, – o vurğulayıb.

Bununla əlaqədar Rasmussen Ukrayna üzərində “hava qalxanı” yaratmağı və atəşkəs əldə olunana qədər Avropa qoşunlarının ölkəyə daxil edilməsini təklif edib.