Bu ölkə də hərbçilərini Qazaxıstana göndərdi

  • By admin
  • 07 Yanvar 2022 18:12

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibinə daxil olan Belarus hərbi qulluqçuları Qazaxıstanda öz tapşırıqlarının icrasına başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Belarusun Müdafiə Nazirliyi yayıb.

Nazirlik Belarus sülhməramlı kontingentinin konkret olaraq hansı tapşırıqları icra edəcəyini açıqlamayıb. Bununla yanaşı, Qazaxıstana göndərilən Belarus hərbi qulluqçularının sayı da qeyd olunmayıb.

 

 

Gununsesi.info