Bu ölkə Ukraynaya qırıcı verə bilər

  • By admin
  • 03 İyul 2022 22:56

Slovakiya Ukraynaya MiQ-29 döyüş təyyarələri və Sovet dövründən qalma tanklar verə bilər.

Gununsesi.info  xəbər verir ki, bunu Slovakiya Baş naziri Eduard Heger bildirib.

O, çexiyalı həmkarı Peter Fiala ilə birgə keçirdiyi mətbuat konfransında Ukrayna tərəfinin xahişi nəzərə alınaraq, bu barədə detallı danışmaq istəmədiyini qeyd edib.

Slovakiya MiQ-29-larım əvəzinə F-16 təyyarələrini alana qədər Çexiyadan hava məkanının qorunması üçün kömək istəyib.

Peter Fiala isə Çexiyanın bu mövzuda kömək edəcəyini vurğulayıb.

Gununsesi.info