Bu ölkədə maska taxmaq yenidən məcburi oldu

  • By admin
  • 22 İyul 2020 10:35

 Avstriya hökuməti ictimai yerlərdə (mağazalar, banklar, poçtlar və s.) maskanın taxılmasını yenidən məcburi edib.

Gununsesiaz.info xarici KİV-ə  istinadən xəbər verir ki, ölkədə koronavirusun yenidən alışması təhlükəsi var. May ayından etibarən ilk dəfə olaraq COVID-in gündəlik artımı 100 yoluxma halından çox olub.

Hökumət başçısı Sebastyan Kurtsun jurnalistlərə verdiyi məlumata görə, cümə günündən etibarən ölkəyə epidemioloji təhlükəli ərazilərdən daxil olan şəxslərdən yeni ağciyər infeksiyasının olmaması barədə arayışın tələb olunması məcburi olacaq.

Bununla yanaşı, Avstriya Avropada özünütəcrid rejimini ləğv edən ilk ölkə idi. Sakinlərə məhdudiyyətsiz evdən çıxmağa hələ mayın 1-də icazə vermişdilər. Daha sonra, iyunun 15-də maska rejimi ilə bağlı tələb ləğv olunmuşdu.

Gununsesiaz.info