Bu ölkədə ölüm hökmü ləğv edildi

  • By admin
  • 21 Yanvar 2022 12:55

Sakit Okeannın cənub-qərbində yerləşən Papua-Yeni Qvineyada ölüm hökmü ləğv edilib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə ölüm hökmünə məhkum edilənlərin hamısının cəzası amnistiya hüquq olmadan 30 il müddətinə ömürlük həbs cəzası ilə əvəz olunub.

Bildirək ki, Papua-Yeni Qvineyada 1984-cü ildə qəbul edilmiş ölüm cəzası qatillərə, təcavüzkarlara, quldurlara, habelə dövlətə xəyanətdə ittiham olunan şəxslərə tətbiq olunurdu.

Ada ölkədə edam hökmü asılma üsulu ilə həyata keçirilirdi.

Gununsesi.info