Bu ölkədə qapalı məkanlarda da maska taxılmayacaq

  • By admin
  • 07 İyun 2021 09:23

İsraildə qapalı məkanlarda maska taxılması məcburiyyəti ləğv olunacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Yuli Edelşteyn açıqlama verib.

O bəyan edib ki, gündəlik koronavirus statistikası hazırki səviyyədə qalmaqda davam edərsə, iyunun 15-dən etibarən artıq qapalı məkanlarda da tibbi maskalardan istifadə etməyə ehtiyac qalmayacaq və bu məcburiyyət ləğv olunacaq.

Qeyd edək ki, İsrail vaksinasiya templərinə görə dünyada birinciliyini qoruyub saxlayır.

Gununsesi.info