Bu ölkədə qaydalara əməl etməyənlərə 1 il həbs cəzası veriləcək

  • By admin
  • 27 Mart 2020 15:37

İndoneziyada yeni növ koronavirusla mübarizə çərçivəsində toplaşma qadağasına əməl etməyənlərin 1 il həbs cəzasına məhkum edilə biləcəyi qeyd olunub. 

Gununsesi.org İndoneziya KİV-ə istinadən xəbər verir ki,  Milli Təhlükəsizlik sözçüsü Argo Yuwono, koronavirusa qarşı qoyulan  qadağanı yerinə yetirməyənlər və pozanlar cinayət cəzası ilə üzləşə biləcəklərini söyləyib. 

Qeyd edək ki, ölkədəki “Covid-19” epidemiyasının episentri olan paytaxt Cakarta şəhərində 49 nəfər virusdan ölüb, yoluxanların sayı 515-ə yüksəlib. İndoneziyada ümumi olaraq yoluxanların sayı 893-ə, itki sayı isə 78-ə çatıb. 

Gununsesi.org