Bu ölkədə quş qripinə görə məhv edilən toyuqların sayı 10 milyona yaxınlaşır

  • By admin
  • 10 Yanvar 2023 09:02

Mövsümün ilk halının aşkar edildiyi 2022-ci ilin oktyabrından sonra quş qripi xəstəliyi bütün Yaponiyada yayılmaqda davam edir.

Gununsesi.info xarici mediaya istinadən bildirir ki, Kənd Təsərrüfatı, Meşə Təsərrüfatı və Balıqçılıq Nazirliyi (MAFF) bu mövsüm quş qripi səbəbindən məhv edilən toyuqların ümumi sayının 10 milyona yaxınlaşdığını açıqlayıb.

Bu rəqəmin quş qripi səbəbindən bir mövsümdə kəsilən ən çox heyvan sayı olduğuna diqqət çəkilib.

Bundan əlavə, paytaxt Tokionun şimalında yerləşən İbaraki əyalətinin bir bölgəsində yalnız bir fermada 930 min yumurta verən toyuqun kəsiləcəyi qeyd edilib.

 

Ölkənin cənub-qərbində yerləşən Miyazaki əyalətinin Kavaminami rayonundakı toyuq fermasında sonuncu quş qripi halının aşkarlandığı açıqlanıb.

Bu həftənin əvvəlindən etibarən Yaponiyada 47 əyalətdən 23-də quş qripinə yoluxma hallarının aşkarlandığı bildirilir.

Rəsmi Kyodo agentliyi ölkə daxilində quş qripinin yayılmasına köçəri quşların təsirinin olduğu təxmin edildiyini açıqlayıb.

MAFF-in statistikasına görə, 2020-ci ilin noyabrından 2021-ci ilin martına qədər ölkədə quş qripi səbəbindən 9,87 milyon toyuq məhv edilib.

 

Mais

Gununsesi.info