Bu ölkələr İrana qarşı birləşdi

  • By admin
  • 05 Dekabr 2021 11:43

Fransa və Səudiyyə Ərəbistanı İranın nüvə proqramını inkişaf etdirməsindən narahat olduqlarını bildiriblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun Səudiyyə Ərəbistanına səfəri çərçivəsində keçirilən görüşdən sonra verilən açıqlamada bildirilib.

Fransa İranın nüvə silahı əldə etməsinə və ya inkişaf etdirməsinə icazə verməməkdə qərarlı olduğunu vurğulayıb.

İki ölkə lideri həmçinin İranın regionda sabitliyi pozan fəaliyyətlərindən danışıb, o cümlədən ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə ilə mübarizə aparmağın vacibliyini vurğulayıblar.

Gununsesi.info