Bu ölkələr miqrasiya qaydalarından imtina etmək istəyir

Hollandiya və Macarıstan Avropa İttifaqının miqrasiya qaydalarına əməl etməkdən imtina etmək niyyətindədirlər.

Gununsesi.info xəbər verir ki, bu barədə Hollandiyanın Sığınacaq və Miqrasiya naziri Marjolein Faber deyib.

“Mən indicə Avropa Komissiyasına Hollandiya üçün Avropada miqrasiya qaydalarına dair “imtina” əldə etmək istədiyim barədə məlumat verdim. Biz öz sığınacaq siyasətimizə nəzarəti geri almalıyıq”– deyə Faber vurğulayıb.

Eyni zamanda Budapeşt də Aİ-nin sığınacaq qaydalarından imtina etmək üçün Avropa Komissiyasına müraciət etmək istəyir: “Qeyri-qanuni miqrasiyaya qarşı güclü tədbirlərə ehtiyac var”.

Ekspertlər qeyd edirlər ki, bu təşəbbüslərin uğur qazanacağı ehtimalı azdır, çünki Aİ-nin miqrasiya sistemindən kənarlaşdırılması üçün 27 üzv dövlətin hamısının razılığı lazımdır.

Xatırladaq ki, Macarıstanın baş naziri Viktor Orban miqrantların qəbulu ilə bağlı Aİ-nin siyasətini dəfələrlə tənqid edib.

 

 

Gununsesi.info