Bu ölkənin naziri Sorosu “təhlükəli qoca” adlandırdı

Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar , Hindistanla bağlı şərhlərindən sonra milyarder Corc Sorosu “qoca, zəngin, fikirli və təhlükəli” adlandırıb .

Gununsesi.info  xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. O, həmçinin deyib ki, dünyanın demokratiya ilə bağlı debata ehtiyacı var.

Münhen Təhlükəsizlik Konfransı qarşısında çıxış edən Soros Hindistanın baş naziri Narendra Modini tənqid edərək bildirib ki, Hindistan demokratik ölkədir, lakin Modi demokrat deyil.

Cayşankar qeyd edib ki, Sorosun şərhləri “Avro-Atlantik baxış” üçün xarakterikdir. “O, yaşlı, zəngin, özünə güvənən və təhlükəlidir”, – Hindistan Xarici İşlər Nazirliyinin rəhbəri deyib.

Nazir vurğulayıb ki, “ölkənin necə idarə olunmasına” Hindistan xalqı özü qərar verir. “Biz müstəmləkəçilikdən xilas olmuş bir ölkəyik, kənardan müdaxilə olduqda, baş verənlərin təhlükəsini bilirik”, o əlavə edib.

Gununsesi.info