Bu, onların əsas məqsədidir - Puşkov

Amerika diplomatları arasında Moskva-Vaşinqton konstruktiv danışıqlar prosesini pozmaq istəyənlər var.

Gununsesi.info xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov ABŞ-ın Rusiyadakı keçmiş səfirləri Maykl Makfol və Aleksandr Verşbounun anti-Rusiya sanksiyaları siyahısının təqdim edilməsi zərurəti ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

HTML tutorial

“ABŞ-ın Moskvadakı keçmiş səfirlərinin Baydendən tələb etdiyi anti-Rusiya sanksiyalarının siyahısının dərci təhlükəsizlik zəmanətləri üzrə danışıqlarda təxribatçı rol oynamaq məqsədi daşıyır. Bu, onların əsas məqsədidir. Amerika tərəfinin “cəhənnəm sanksiyaları” ilə hədələri Rusiyaya təhlükəsizlik zəmanəti vermək əvəzinə, həm də diplomatik təmasları çətinləşdirməyə yönəlib” – A.Puşkov qeyd edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında dekabrın 30-da telefon danışığı olub. Kremlin məlumatına görə, Ağ Ev rəhbəri Ukrayna ilə bağlı vəziyyətə görə Rusiyanı “genişmiqyaslı sanksiyalarla” hədələyib. Rusiya lideri buna cavab olaraq bildirib ki, bu, böyük səhv olacaq və belə olan halda münasibətlərdə tam fasilə yarana bilər.

Gununsesi.info