
İsveçrənin Alp dağlarında sərt qaya üzərində yerləşən otelə yalnız kanat yoluyla daxil olmaq mümkündür.
Gununsesi.info xarici saytlara istinadla xəbər verir ki, otel turistlər və təbiəti sevənlər üçün yalnız ilin aprel-oktyabr aylarında açıqdır.
Oteldə yaşamaq üçün şərait o qədər də komfortlu deyil. Bir neçə otaqdan ibarət mehmanxana 4 nəfər üçün nəzərdə tutulub. Burada qonaqlara Alp dağlarının sakinlərinin ənənəsinə uyğun olaraq sadə, lakin doyumlu yemək təklif olunur.
Dağların, göllərin və vəhşi təbiətin gözəlliyini seyr etmək istəyən qonaqlar bu məqsədlə 1 və ya 3 saatlıq sadə və mürəkkəb marşrutlardan istifadə edə bilərlər.
Gununsesi.info