Bu otelə yalnız kanatla getmək mümkündür

  • By admin
  • 27 Fevral 2021 20:48

İsveçrənin Alp dağlarında sərt qaya üzərində yerləşən otelə yalnız kanat yoluyla daxil olmaq mümkündür.

Gununsesi.info xarici saytlara istinadla xəbər verir ki, otel turistlər və təbiəti sevənlər üçün yalnız ilin aprel-oktyabr aylarında açıqdır.

Oteldə yaşamaq üçün şərait o qədər də komfortlu deyil. Bir neçə otaqdan ibarət mehmanxana 4 nəfər üçün nəzərdə tutulub. Burada qonaqlara Alp dağlarının sakinlərinin ənənəsinə uyğun olaraq sadə, lakin doyumlu yemək təklif olunur.

Dağların, göllərin və vəhşi təbiətin gözəlliyini seyr etmək istəyən qonaqlar bu məqsədlə 1 və ya 3 saatlıq sadə və mürəkkəb marşrutlardan istifadə edə bilərlər.

Gununsesi.info