Bu peşələri süni intellekt əvəzləyəcək

İsveç Əmək Bazarının Qiymətləndirilməsi və Təhsil Siyasəti İnstitutu tezliklə hansı peşələrin yerini süni intellekt alacağı ilə bağlı araşdırma aparıb.

Gununsesi.info “Blomberg”ə istinadən xəbər verir ki, tədqiqatçılar belə qənaətə gəliblər ki, texnologiya mühasibləri, fotomodelləri, poliqrafiya sənayesində, ağac emalı, kimya və metallurgiya sənayesində maşın operatorlarını, kassirləri və satıcıları, kənd təsərrüfatı üzrə kiçik kadrları əvəzləyəcək.

HTML tutorial

Bundan başqa, təmizləyiciləri, maşinistləri, montyorları, kiçik inzibati işçiləri, qaynaqçıları, tikinti işçilərini, sürücüləri, meşəçiləri və poçtalyonları da süni intellekt əvəz edə bilər.

Gununsesi.info