
Meksikada bir qrup fermer inqilab qəhrəmanı Emiliano Zapatanın çılpaq və dikdaban ayaqqabı ilə təsvir edildiyi portretin olduğu qalereyaya hücum edib.
Gununesi.org xəbər verir ki, sözügedən portretdə Meksikalı rəssam Fabin Çairez inqilab qəhrəmanı Emiliano Zapatanı bir at üzərində çılpaq təsvir edib. Bundan sonra rəsmdən xəbər tutan bir qrup fermer başında çəhrayı şlyapa və ayağında dikdaban ayaqqabılarla təsvir edilən Zapatanın rəsminin olduğu qalereyaya hücum edib.
Özlərini Kənd Təsərrüfatı İşçiləri Milli Birliyinin üzvü kimi təqdim edən etirazçılar Mexiko şəhərindəki rəsm qalereyasına girərək sözügedən portretin yandırılmasını tələb edib.
Rəsm qalereyası tərəfindən edilən açıqlamada iki nəfərə homofob təhqirlərlə hücum edildiyi və ölkə başçısı Andres Manuel Lopes Obradorun da məsələyə qarışdığı bildirilib.

Gununsesi.org