“Bu, pozğunluq deyil“ – Röya insanlara səsləndi

  • By admin
  • 28 Noyabr 2020 16:28

Xalq artisti Röya Ayxan koronavirusa yoluxanlara müraciət edib.

Gununsesi.org xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə yazan sənətçi bəzi şəxslərin virusa yoluxduğunu gizlətdiyini bildirib:

“Sözüm koronavirus tutan və fərqində olmayan, olsa belə gizlədən dostlarıma, tanışlarımadır. Nasazlıq hiss edəndə gizlətməyin. Bu, xəstəlikdir, pozğunluq deyil. Evimizdə xəstə valideynlərimiz var, sizin əlinizdən atama baş çəkə bilmirəm. Elə gizlədirsiniz ki, elə bil bilsək, sizi insan alverinə dəvət edəcəklər”.

Gununsesi.org