“Bu problemin üstünə Yeni ildən düşməliyik” -Naqif Həmzəyev

“Orta məktəblərdə ön sıralarda oturmaq üstündə şagirdlər və valideynlər arasında rəqabət var”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

HTML tutorial

Deputat bildirib ki, bizim uşaqlar uzağı görmə sahəsində problemlə üz-üzədir: “Elm və Təhsil Nazirliyi unutmasın ki, biz həm də sağlam gənclik yetişdirməliyik. Orta məktəblərdə uşaqların görmə qabiliyyəti ilə bağlı təcili yoxlamalar aparılmalıdır. Səhiyyə Nazirliyi də bu prosesdə iştirak etməlidir. Mən nazirliklərlə əlaqə saxladım. Biz gələcəkdə uzağı görmə üzrə əlil vətəndaşların sayının artmasının şahidi olacağıq. Bu problemin üstünə Yeni ildən düşməliyik”.

Gununsesi.info