Bu qəbiristanlıqdakı baş daşlarında 2-3 şəkil var - ÖLƏN KİMDİ BİLİNMİR - VİDEO

  • By admin
  • 25 Aprel 2017 22:27

qebiristanliq 2-3 sekil

Sumqayıt şəhər qəbiristanlığında bir baş daşında iki və ya üç ayrı insanın şəkli var. Hətta bəzilərində birinin adı var, digərlərin sadəcə şəkilləri baş daşına həkk olunub.

Gununsesi.info-nun xezerxeber-ə istinadən verdiyi məlumata görə, qəbiristanlıqda 30-a yaxın bu cür baş daşı mövcuddur. Bunlar dəfn olunan şəxslərin yaxınlarının istəyi ilə belə düzətdirilib.

Sakinlər bildirir ki, əvvəllər Sumqayıt şəhər qəbiristanlığında belə hallar olmayıb. Ölən şəxsin istəyinə əsasən qəbri başqa yerdə olan yaxınının da ruhu şad olsun deyə onun şəklini də baş daşına həkk ediblər.

Bəs bu kimi hallar dini baxımdan qəbul olunurmu? İlahiyatçı Rauf Sərdarov bildirir ki, vəfat etmiş şəxslərə dua etmək üçün şəklin və yerin əhəmiyyəti yoxdur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Gununsesi.info