Bu qədər ərazi minalardan təmizləndi

  • By admin
  • 15 Fevral 2024 12:55

İşğaldan azad edilmiş ərazilərdə bu günə qədər 118502.6 ha ərazi minalardan təmizlənib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatında bildirilib.

Məlumata görə, 10.11.2020-ci il tarixindən 14.02.2024-cü il tarixinədək, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən aparılan minatəmizləmə fəaliyyəti zamanı 118 502.6 ha ərazi təmizlənib, 62228 ədəd partlamamış hərbi sursat, 31175 ədəd piyada əleyhinə mina və 18790 ədəd tank əleyhinə mina (cəmi: 112,193 ədəd) mina aşkar edilərək zərərsizləşdirilib.

Qeyd olunub ki, bu müddət ərzində 345 nəfər mina qurbanı var, onlardan 280 nəfər xəsarət alıb, 65 nəfər həlak olub.

Gununsesi.info