
Bildiyimiz kimi, 29 oktyabr Azərbaycan Bodibildinq və Fitness Federasiyasının 30 illik yubileyinə həsr olunmuş ölkə çempionatı baş tutub. Bu çempionatda idmançı Kamil Zeynallı qalib olub.
Gununsesi.info-ya açıqlamasında Kamil Zeynallı qələbəsi hakkında danışıb.
“6 aydır nizamlı şəkildə hazırlaşaraq 15 kilo çəki atdım. Peşekar məşqçim, idman həkimi Nadim Həsənovun (Nadim Monster) bütün məsləhətlərinə ciddi şəkildə riayət edərək, bu uğuru qazandım. Bu yarış üçün sağlamlıq, düzgün qidalanma şərtdir. Bütün bu prosesləri keçməkdə Nadim Həsənovun dəstəyi olduqca böyükdür. Bu yarışa qatılmaq üçün məni çox həvəsləndirdi. Qalib olacağıma əmin etdi.
Allah heç kəsin əziyyətini yerdə qoymasın. Ancaq mən bu yolda çox əziyyət çəkdim. Bunu yaxınlarım daha gözəl bilir. Gün ərzində 3 dəfə məşq edirdim. Bir ayda 90 dəfə məşq nə deməkdir?
Arxamca danışıb məni peşekar, uğursuz bilənlərə sübut etdim ki, mən Kamil Zeynallıyam. İstədiyim məqsədi qarşıma qoysam əldə edə bilirəm. Şükür olsun ki, nəticəm göz qabağındadır.
Qeyd edim ki, rəqibim Hilal güclü idi. Sevinirəm ki, güclü rəqib ilə səhnəyə çıxmışdım. Bütün əzizlərimə, yaxınlarıma, dostlarıma hər kəsə çox təşəkkür edirəm ki, məni tək qoymadılar.
Bu qalibiyyətimi, 52 rəqəmini şəhid ailələrinə, qazilərimizə və hərbçilərimizə həsr elədim”.








