“Bu qərar ikiüzlü addımdır” – Kuba ABŞ-ı qınadı

  • By turana
  • 12 Yanvar 2021 13:11

Kuba ABŞ-ın ölkəni terroru maliyyələşdirənlər siyahısına salmasını qınadı

Kuba ABŞ-ın bu ölkəni terroru maliyyələşdirən ölkələr siyahısına salmasını pisləyib.

Xarici KİV xəbər verir ki, rəsmi Havana ABŞ-ın bu addımını qınayan bəyanat verib. Addım siyasi fürsətçilik kimi qiymətləndirilib. Bu fürsətçiliyin terrordan həqiqətən zərər görən ölkələr və əziyyət çəkən insanlar tərəfindən açıq hiss olunduğu deyilib.

“ABŞ-ın Kubanı terrora dəstək verən və maliyyələşdirən ölkələr siyahısına salmasını qınayırıq. Bu qərar ikiüzlü və kiçimsəyici addımdır”, – deyə bəyanatda ifadə olunub.

 

Gununsesi.info