Bu qəsəbədə yaşamaq istəyənlərə 52 min manat ödəniləcək

Bu yaxınlarda İtaliyanın cənubundakı Puglia şəhərində yerləşən Presis qəsəbə rəhbərliyi boş yaşayış və yaşayış icazəsi almaq üçün insanlara 30 min avro ödəyəcəyini açıqlamışdı.

Gununsesi.info xəbər verir ki, İtaliyadakı şəhərlər son illərdə yeni sakinləri cəlb etmək üçün bir-biri ilə rəqabət aparır.

HTML tutorial

İtaliyanın cənubunda yerləşən tarixi Presis qəsəbəsi yeni sakinlərinə 30 min avroya (təxminən 52 min manat) qədər pul ödəyəcək. Müqavilə çərçivəsində satışa çıxarılan evlərin qiymətlərinin isə təxminən 25 min avrodan başlaması bu təklifi çox cəlbedici edir.

Gununsesi.info