“Bu qətllərə görə Ermənistanla yanaşı, ona silah verənlər də məsuliyyət daşıyır” - ASİM MOLLAZADƏ

  • By admin
  • 30 Oktyabr 2020 17:24

 

Sabah ölkəmizdəki səfirliklərin hərbi attaşelərinin Bərdəyə səfəri nəzərdə tutulur. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.

Erməni vəhşiliyinin beynəlxalq miqyasda ifşa olunması, dünyanın erməni barbarlığı haqqında ətraflı məlumatlandırılması üçün xarici dövlətlərin hərbi attaşelərinin, diplomatik nümayəndəliklərinin Bərdəyə səfəri nə dərəcədə əhəmiyyətlidir?

Gununsesi.info-ya danışan DİP sədri, millət vəkili Asim Mollazadə, bu kimi səfərlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:

“Ermənilərin törətdiyi bu vəhşilikləri Azərbaycan mediası, bütün ictimai təşkilatlarımız dünyaya çatdırmağa çalışmalıdırlar. Bununla yanaşı, ölkəmizdəki diplomatik nümayəndələrin baş verənləri öz gözləri ilə görməsi də çox önəmlidir.

Ermənistan hal-hazırda hərbi cinayətlər törədir. Onlar mülki insanları – uşaqları, qadınları qətlə yetirməklə məşğuldurlar. Bu, hərbi cinayətdir. Çox təəssüf ki, bu gün dünyada hüququn deyil, gücün aliliyi var. Bu qətllərə görə Ermənistana silah verənlər də məsuliyyət daşıyır. Bu məsələdə beynəlxalq təşkilatların da məsuliyyət payı mövuddur. Çünki onlar uzun illlərdir ki, erməni vəhşiliklərinə, erməni işğalına göz yumur.

Bu gün ordumuz BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini, eləcə də Minsk qrupunun səlahiyyətlərini icra edir. Bu, ordumuz üçün yeni funksiyadır. Bu gün Azərbaycanın Silahlı Qüvvələri beynəlxalq hərbi tribunalın da funksiyasını icra etməklə məşğul olur. Azərbaycanın baş verənlərə cavabı döyüş bölgəsində olmalıdır və olacaq. Azərbaycan ermənilərdən fərqli olaraq, mülki əhali ilə müharibə aparmır. Azərbaycanın müharibəsi erməni hərbçiləriylədir və onlar da öz layiqli cavablarını alacaqlar”.

Gununsesi.info