“Bu qətnaməni qəti şəkildə rədd edirik” -Milli Məclisdən Fransaya hücum

Fransa Senatından sonra bu ölkənin Milli Assambleyasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi yolverilməzdir.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.

HTML tutorial

Parlament sədri qətnamənin riyakarlıq olduğunu deyib:

“Bu qətnaməni qəti şəkildə rədd edirik və riyakarlıq olaraq qəbul edirik. 30 il ərzində Azərbaycan və Ermənistan arasında münaqişədə nəticənin əldə edilməməsinin səbəbi vasitəçi dövlətin bitərəf olmasıdır. Bu qətnamədə Ermənistanın Azərbaycana qarşı 30 illik cinayəti, eyni zamanda, müharibə dövründə 9 şəhərimizi bombalaması qeyd olunmayıb. Qətnamədə Azərbaycana qarşı ucuz siyasi sifariş açıq görünür. Hər kəsə aydındır ki, Fransanın qara tarixi işğallarla doludur və bu silinməzdir. Bu gün Azərbaycan beynəlxalq şəkildə əlaqələrini gücləndirir, işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri görür”.

Gununsesi.info