“Vaşinqton Post” qəzeti yanlışlıqla ABŞ Müdafiə naziri Ceyms Mattisin telefon nömrəsini yayımlayıb.
Axar.az xəbər verir ki, həmin nömrə sözügedən qəzetin yazarı Raçel Mantufelin məqaləsində yerləşdirilib.
O bildirib ki, Paul Redmond adlı oxucu bu xətanın fərqinə varıb və redaksiyaya zəng edərək bildirib:
“Mattisin mühafizəçisi Keyt Şillerin əlindəki kağızlardan birində nazirin adı və nömrəsi görsənir. Nömrəyə zəng edib dəqiqləşdirdikdən sonra həmin hissəni məqalədən çıxardıq”.
Gununsesi.info