Bu qələbə haqda çoxlu kitablar yazilacaq, filmlər çəkiləcək - TALE HEYDƏROV

  • By admin
  • 10 Noyabr 2020 17:10

 

“Bu qələbə haqda çoxlu kitablar yazilacaq, filmlər çəkiləcək. Amma indidən deyə bilərik ki, qələbəmizin səbəbi düzgün siyasət, milli birlik və bəlkə də yeni əsrdə tayı- bərabəri görunməyən milli şücayət idi”.

Gununsesi.info xəbər verir ki, Avropa Azərbaycan Cəmiyyətinin sədri  Tale Heydərov söyləyib.

Onun sözlərinə görə, bu sevinci bizə canları, qanları bahasına bəxş edən şəhədlərimizə, ordumuza borcluyuq:

“Onların ailələrinə sonsuz borcumuz var!
Bütün təzyiqlərə baxmayaraq, ölkəmizin həqiqətlərini dünyaya ən doğru şəkildə çatdıran, xalqımıza ruh yüksəkliyi və tam qələbəni bəxş edən ali baş komandana borcluyuq. Qazandığımız qələbə əldə edə biləcəyimiz ən gözəl nəticə idi! Buna əminəm!
Bizə düşən isə bu ruh yüksəkliyi ilə ölkəmizin daha da möhkəmlənməsinə öz töhvəmizi verməkdir. Həm döyüş meydanında, həm diplomatiyada qələbənin yüksək vətənpərvərlik və savadın qalib gəlməsi oldu. Bu iki amili qorusaq və inkişaf etdirsək, Azərbaycan hər zaman qalib olacaqdır. Bir daha hər kəsi bu möhtəşəm qələbə münasibəti ilə təbrik edirəm!”

Günay

Gununsesi.info