“Bu qətnamələr münasibətlərimizə zərər vurur” -Nazir

  • By admin
  • 07 Dekabr 2022 19:07

“Fransa parlamentində qəbul olunan qətnamələr iki ölkənin münasibətlərinə zərbə vurur”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın yeni səfiri Ann Buayon ilə görüşdə bildirib.

Görüşdə Azərbaycan-Fransa münasibətlərinin hazırkı durumu da müzakirə edilib. Nazir Fransa tərəfindən səslənən qərəzli fikirlərin və Fransa parlamentində qəbul olunan qətnamələrin Azərbaycan-Fransa münasibətlərinə zərbə vurduğunu və sülh prosesinə töhfə vermədiyini vurğulayıb.

Gununsesi.info