Bu qəza da müharibənin nəticəsidir - ZELENİSKİ DAVOS FORUMUNDA ÇIXIŞ EDİB

  • By admin
  • 19 Yanvar 2023 09:02

Ukrayna prezidenti Vladimir Zelenski dünən paytaxt Kiyevdə Ukraynanın daxili işlər naziri və müavini də daxil olmaqla 14 nəfərin həlak olduğu helikopter qəzasından sonra Davos Sammitində çıxış edib.

Gununsesi.info-nun xəbərinə görə, İsveçrənin Davos şəhərində keçirilən 53-cü Dünya İqtisadi Forumuna (WEF) videokonfrans vasitəsilə qoşulan Zelenski qəzanın “müharibənin nəticəsi” olduğunu deyib: “Müharibə zamanı qəza deyilən bir şey yoxdur”.

 

Bununla belə  Ukraynanın təhlükəsizlik xidməti təxribat ehtimalını, eləcə də texniki nasazlıq və ya uçuşun pozulması kimi mümkün səbəbləri araşdırır.

Tərcümə:

Gununsesi.info