Bu qadının evini görənlər HEYRƏTƏ DÜŞÜR – 5 kamaz zibil çıxarıldı, bitmədi – VİDEO

  • By admin
  • 15 Noyabr 2019 13:32

Rusiyanın Perm şəhərində yaşayan Plüşkinanın evini görənlər şoka düşür.

Gununsesi.org BiG.AZ-a istinadən xəbər verir ki, yaşlı qadının evi bir müddət öncə təmizlənsə də, o, öz “adətindən” əl çəkməyib və “zibil ehtiyatlarını” tez bir zamanda yeniləyib.

Həmin zaman bələdiyyə işçiləri və könüllülər evdən 5 kamaz zibil çıxarsalar da, bütün tullantıları çıxara bilməyiblər. Bəziləri hətta zəhərlərək xəstəlik məzniyyəti almaq məcburiyyətində qalıb. Bu səbəbdən ev dezinfeksiya olunmayıb.

Mənzil o dərəcədə dolmuşdu ki, Plüşkina özü blokda xalça sərib yatmalı olurdu. Lakin zibil yığmaq artıq asılılıq halını aldığı üçün boşalan ev tez bir zamanda yenə dolub.

Pensiyaçı zibilləri yaxın zibil qutularından blokadək daşıyıb, özünə “lazım” bildiyini evə yığır.

Bu dəfə, əski, banka, taxta və digər tullantılardan əlavə, evə produktlar da yığılmağa başlayıb. Soyuducu olmadığından hər şey elə dəhlizdə cürüyür. Antisanitariya “yuvası”na böcək, bit, siçan dolur.

 

Gununsesi.org