“Bu qarşılaşmada bizə lazım olanı əldə etdik” - Qurban Qurbanov

  • By admin
  • 21 Mart 2021 14:50

Premyer Liqada milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən səmərəli istifadə etməyə çalışan “Qarabağ” Azərbaycanın U-21 yığması ilə yoxlama oyunu keçirib.

Gununsesi.info xəbər verir ki, 14 futbolçu milli komandaların düşərgəsində olduğu üçün baş məşqçi Qurban Qurbanov bu matçda ehtiyat qüvvəni sınayıb.

HTML tutorial

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada “Qarabağ” 2:4 hesabı ilə məğlub olub. Matçdan sonra Qurban Qurbanov klubun rəsmi saytına fikirlərini bölüşüb:

“Həmişə hər oyuna maksimum konsentrasiya ilə, diqqətlə çıxmağı istəmişəm və tələb eləmişəm. Ehtiyacımız olan hazırlıq xarakterli matç idi. Fikrimcə, bu qarşılaşmada bizə lazım olanı əldə etdik. Milli komandalarda olan futbolçularımızın zədəsiz qayıtmasını gözləyirik. Aprelin 3-4-nə kimi bir yoxlama oyunu da keçirə bilərik. Bəzi futbolçuların hazırlıq çatışmazlıqları var. Onları və mikrozədələri bərpa etməyə çalışacağıq. Əlimizdə olan futbolçularla hazırlaşıb, gözləyəcəyik”.

Gununsesi.info