Bu qaydalara əməl etməsəniz, cərimə olunacaqsınız - AVROPANIN ƏN QƏRİBƏ QADAĞALARI

  • By admin
  • 09 Fevral 2018 21:56

Hər ölkənin özünəməxsus qanunları var. Bu qanunların çoxu haqlı olaraq qəbul edildiyi halda, bəziləri heç bir məntiqə sığmır. Xüsusən də Avropa ölkələrində pul cəzası ödəməli olacağımız qadağalar var.

Gununsesi.info Avropa ölkələrinin ən qəribə qadağalarını oxucularına təqdim edir.

1.Şəxsiyyət vəsiqəniz üstünüzdə olsun

Əvvəla, Avropa ölkələrində şəxsiyyət vəsiqəniz üstünüzdə olmadan küçəyə çıxmağı ağlınızdan çıxarın. Çünki burada müəyyən səbəblərdən vəsiqəniz tələb oluna bilər.

2.Almaniya və İsveçrədə səs-küy salmayın

Bu ölkələrdə həftəsonu və tətil günlərində səssizlik mümkün qədər qorunur. Həmin günlərdə ot biçmək, çəkindən istifadə etmək qadağandır. Çünki bu səs-küy insanların istirahətini poza bilər. Ən maraqlısı isə budur ki, İsveçrədə axşam saat 8-dən sonra hamam və tualeti təmizləmək, səs salaraq qonşuları narahat etmək qadağandır.

3.İtaliyada piknik təşkil etməyin

İtaliyanın turistik zonalarında çantanızdan yemək çıxarıb yesəniz, cərimələnə bilərsiniz. Roma, Florensiya, Venesiya kimi şəhərlərdə ictimai binaları və tarixi əsərləri qorumaq məqsədilə yaxın ətraflarda yemək qadağan edilib.

4.Rusiya, Ukrayna, Rumıniya və Macarıstanda dövlət binalarının fotosunu çəkməyin

Bu ölkələrdə dövlət binalarını, hərbi qurumların yerləşdiyi idarələri, hava limanını lentə almaq qadağandır. Əgər bu qadağaya əhəmiyyət verməyib foto çəksəniz, polis sizi şübhəli şəxs kimi saxlaya bilər.

5.Venesiyada göyərçin bəsləməyi ağlınızdan keçirməyin

Venesiyada yerləşən San Marko meydanında göyərçinlərə çörək atmaq qadağandır. Çünki sözügedən ərazidə tarixi abidələr var və quşlar onlara zərər vura vilər. Dövlət isə bu abidələrə olduqca həssas yanaşır.

6.İspaniyada alt paltarında gəzməyin

İspaniyanın Palma de Mallorca və Barselona şəhərlərində küçədə alt paltarında gəzmək qadağandır. Əgər bu qadağaya məhəl qoymasanız, 100-500 avro dəyərində cərimə olunacaqsınız.

7.Yunanıstanda dikdaban ayaqqabı geyinmək qadağandır

Yunanıstanın paytaxtı Afinanın tarixi abidələr olan ərazilərində xanımların dikdaban ayaqqabılarla gəzməsi qadağan edilib. Buna səbəb abidələrin zədələnmə ehtimalıdır. Dikdaban geyinmiş qadınlardan ayaqqabıları çıxararaq gəzmək tələb olunur.

8.Fransa məktəblərində ketçup qadağandır

2011-ci ildən Fransa məktəblərinin bufetində ketçup qadağan edilib. Buna səbəb isə ketçupun zərərli olması deyil, Fransa milli mətbəxinə aid olmamasıdır. Fransızlar öz milli dəyərlərini qorumağa son dərəcə maraqlıdırlar.

9.Danimarka və İsveçdə uşaqlara bu adları vermək qadağandır

Bu ölkələrdə yeni doğulmuş körpələrə qəribə və əvvəllər heç eşidilməmiş adlar vermək qadağandır. Sözügedən ölkələrdə 7 min ad qanunla qəbul edilib, fərqli ad qoymaq istəyən kilsədən icazə almalıdır.

Gununsesi.info