Belçikalı memar Vinsent Kallebot öz oxu ətrafında fırlanaraq enerji istehsal edən ekoloji otelin layihəsini hazırlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “Nautilus Eco-Resort” adlanan otel müxtəlif hündürlüyə malik 12 spiralvari yaşayış binasından ibarət olmaqla, 360 dərəcə fırlana bilir.
Memarın fikrincə, binaların üzərində quraşdırılan fotoelektrik panellər sutka ərzində günəş enerjisini toplamağa imkan verir. Bu isə otel kompleksinin enerji ilə 100 faiz təminatına şərait yaradır.
Günəşdən başqa, ekooteldə nəhəng turbinlər vasitəsilə su enerjisindən də istifadə ediləcək.
Gununsesi.info