Bu qidalar D vitamini ilə zəngindir – HƏR GÜN YEYİN

  • By admin
  • 25 Mart 2021 21:36

Günəşli bir ərazidəsinizsə və yetərincə günəşə çıxa bilmirsinizsə, D vitamini çatışmazlığı yaşamağınız olduqca yüksəkdir. Aparılan araşdırmalara görə, qadınlarda yumurta sağlamlığına da  mənfi təsir edən bu vitamin sonsuzluğa yol aça bilir. Ürək və damar xəstəliklərinin qarşısını alan D vitamini çatışmadıqda reproduktiv sağlamlığa mənfi təsir edir. Xüsusilə yaşı 35-i keçən şəxslərdə D vitamini çatışmazlığına daha çox rastlanır. Üstəlik D vitamini qanımızda kalsium səviyyəsini bəlli edən və bağırsaqdan kalsium əmilməsinə yardım edən bir vitamindir. Bəs D vitamini çatışmazlığının qarşısını almaq üçün nə etməliyik?

Gununsesi.info ailem.az-a istinadən tərkibində D vitamini çox olan qidaları təqdim edir.

HTML tutorial

Balıq 

Həm sağlam, həm ləzzətli qida olan balığı həftədə ən az 3 dəfə yesəniz, D vitamini ehtiyacınızı böyük səviyyədə almış olursunuz.

Kartof

Püre halında olan kartofa bir az yağlı süd əlavə etsəniz, gündəlik D vitamini ehtiyacını ödəmiş olacaqsınız.

Göbələk

Göbələk gündəlik D vitamini ehtiyacının 7 faizini qarşılayır

Süd və süd məhsulları

Pendirlər və tam yağlı süd kalsium baxımından zəngindir

Yumurta

B12 və protein baxımından çox zəngin olan yumurta gündəlik D vitamini ehtiyacının 4 faizini qarşılayır.

Gununsesi.info