Şəmkir rayonu Aşağı Veysəlli kənd məktəninin direktoruyla müəlliməsi arasında yaranan xoşagəlməz qalmaqala hüquq müdafiəçiləri də biganə qalmayıb.
Gununsesi.info-ya bununla bağlı münasibət bildirən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova deyib ki, ümumiyytlə, son zamanlar bu tipdə tendensiyanın olması xoşagələn hal deyil. Onun sözlərinə görə, bu tendensiyanın məktəblə bağlı səslənməsi də heç ürəkaçan deyil.
“Bu haqda yazılanları həmin məktəblərin şagirdləri və oranı bitirən məzunlar da oxuyur. Müəllimin nüfuzunu, şərəf və ləyaqətini alçaltmağa gətirən bir addimdır. Hətta direktor belə bir halı aşkarlamış olsa belə, onun mətbuatda müzakirəsi yox, daxili normalar və qaydalarla Təhsil Nazirliyinə müraciət edib məsələnin araşdırılmasını tələb edə bilər”- deyə, o, bildirib.
M.Zeynalova qeyd edib ki, əslində bu, ölkə və təhsil üçün çox ziyanlı tendensiyadır:
“Təssəvvür edin ki, bu cür tendensiyaları gördükdə mən mütləq şəkildə qız uşaqlarının təhsildən yayındırılmasına yönəlmiş siyasət kimi qəbul edirəm. Yəni bu gün biz uşaqların məktəbə buraxılmaması üstündə danışırıq, qınaq obyektləri edirik, ictima müzakirılır aparırırq. Ancaq hansısa direktor tabeliyində çalışan müəlliməsi haqqında seksual xarakterli fikirlər yayır. Onun əxlaqıyla bağlı fikirləri ictimai müzakirəyə çıxarıb. Bu cür hallardan biri də Bakıda baş vermişdi. Belə hadisələr mütləq şəkildə həmin məktəbdə təhsil alan qız uşaqlarında öz təsirini göstərəcək. Nətcədə qız şagirdlərin təhsildən yayınması hallarına gətirib çıxaracaq. Hesab edirəm ki, Təhsil Nazirliyinin özünün daxili yoxlanış qaydaları olmalıdır.
Bu hadisə baş verəndə də müəllimə, direktora və ya şagirdə əxlaqıyla bağlı qeyri-etik normalar nümayiş etdirirsə, bunu Təhsil Nazirliyinin daxili aradırması və ya DİN-nin dəqiq araşdırması üçün müraciət edilməlidir. Əgər direktor iddia edirsə ki, sözügedən müəllimənin kompüterində seks-video var, o zaman məktəbdəki bütün müəllimlərin kompüteri yoxlanılmalıdır. Yaxud bunu iddia edən direktorun öz kompüteri araşdırılmalıdır. Bu bir az absurd məsələdir.
Bu haqda yalnız hüquq mühafizə orqanları araşdırıb dəqiq rəy verə bilərlər. Belə dəqiq araşdırma baş vermədən kimisə ittiham etmək və cinayətdə günahlandırmağın özü cinayətdir. Günahsızlıq prizumpsiyası var. Adamın əməli sübut olunmayınca, kimisə ittiham etmək doğru deyil. Bunun da ictimailəşdirilməsinə nail olmaq, kimisə qaralamaq, təhqir etmək, şərəf və ləyaqətini alçatmaq özü də cinayətdir. Düşünürəm ki, hüquq-mühafizə orqanları və Təhsil Nazirliyi məsələni araşdırıb günahkarları cəzalandıracaq”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da sözügedən məktəbdə baş verən qalmaqalı və direktorun qadın əməkdaşı haqqında söylədiklərinə münasibətinin pis olduğunu söyləyib:
“Qoy, həmim müəllimə biz rəsmi ərizəylə müracit etsin. Biz cəmiyyət olaraq, onun hüquqlarını qorumağa hazırıq”.
Qeyd edək ki, Şəmkir kənd məktəbində səs-küylü qalmaqal yaranıb. Belə ki, rayonun Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində laborant işləmiş Xatirə Əliyeva məktəb direktoru haqqında ağır ittihamlar irəli sürüb.Onun sözlərinə görə, direktor Akif Namazov diplomuna imtina gəlmiş müəllimlərdən külli miqdarda rüşvət alıb, şantaj yolu ilə onu işdən çıxardıb: “Məktəbimizdə 400 şagird təhsil alir. Lakin davamiyyət 50 faizdən aşağıdır. Şagirdlərdən iki nəfər azyaşlı olmalarına baxmayaraq ailə həyatı qurub. Hazırda Rusiyada alver edən şagirdlərin adı dərs jurnalında gedir. Bəs, Akif Namazov kimdir? O, vaxtilə türmə həyatı sürmüş, öz uşaqlarına tərbiyə verməyi bacarmayan (oğlu 2016-ci ildə gənc əsgərlərdən “reketçiliklə” pul aldığına görə 6,5 il cəzası alıb) müəllimdir. 24 dekabrda müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı bəzi müəllimlərimizin diplomlarına imtina gəlmişdi. Diplomların skaner olunub bazaya yüklənməsini tapşırmışdılar.
Diplomlar yoxlanıldıqdan sonra müəllimlərin imtahana buraxılmasına icazə verildi. Diplomların düzəldiyini bilən Akif Namazov müəllimlərin bəzilərindən müxtəlif məbləğlərdə pul tələb etdi, guya bu, nazirlikdən tələb edilib. Beləliklə hər sentyabrın əvvəlində və hər ay direktor müəllimlərdən müxtəlif şantajlarla pul toplayır. Bu haqda əlimdə səsyazıları da var. Məni də şantaj edib, bu günlərdə işdən çıxartdı. Buna səbəb kimi isə məktəbdə olan kompüterlərin sayının normativə görə kompüter laborantlarının sayı ilə uyğun gəlməməsini əsas gətirdi”.
Sayt məsələyə aydınlıq gətirmək üçün adıçəkilən məktəbin direktoru Akif Namazovla əlaqə saxlayıb. Direktor ona qarşı edilən ittihamlarla bağlı çox ilginc açıqlama verib.
Direktorun sözlərinə görə, laborant Xatirə Əliyevanı seks videolarına görə işdən azad edib: “Birinci ona görə işdən çıxartmışam ki, ştat artıq olub. O, özünə lazım olan böhtanları deyir, amma həqiqəti gizlədir. İndi mən sizə həqiqəti deyim. Demək, 14 kompyüterə bizdə iki laborant düşür. Onun da ştatı artıq idi. Xidmətçilərin hesabına ona ştat düzəldiblər, bunun üçün də 3 min manat pul verib. O, məktəbin müəyyən sənəd işlərini görürdü. Mən də şagirdlərin qeydə alınması üçün noutbook almışdım. O da həmin noutbooku evə aparıb gətirirdi. Ayın 9-da mən o kompüteri onun əlindən alım. O, çox çalışdı ki, həmin noutbooku geri alsın, bəhanə də gətirdi ki, mənim orada ailə şəkillərim var. Sən demə, noutbooka o, seks videoları qoyubmuş. Mən onu üzə çıxartmışam”.
Gülnaz Qənbərli
Gununsesi.info