Bu qruplar çirkin niyyətlərinə nail ola bilməyəcək – XİN

Bu qruplar çirkin niyyətlərinə nail ola bilməyəcək –

hikmett_mid (1)
Avropa Şurası Parlament Assambleyasında üçüncü tərəflərin, o cümlədən Ermənistan və erməni lobbisinin təsiri və manipulyasiyası əsasında açıq antiazərbaycan siyasət yürüdən bəlli qruplar Azərbaycanı uğurlu inkişaf yolundan döndərmək kimi çirkin niyyətlərinə heç zaman nail ola bilməyəcəklər.

Gununsesi.info xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Tvitter hesabında yazıb.

“Azərbaycan suveren, demokratik və özünü təmin edən dövlət olaraq vətəndaşlarının mənafeyi və maraqları naminə müstəqil daxili və xarici siyasətini davam etdirəcək”, – deyə Hacıyev qeyd edib.

Gununsesi.info

COMMENTS