Bu qruplaşma silahları ABŞ-a təhvil verəcək

  • By admin
  • 03 Avqust 2017 20:10

isid
Suriyanın müxalif qruplarından sayılan Şühəda Karkateyn (Şuhuk) ABŞ-dan aldığı silahları geri qaytaracaq.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın İŞİD-ə qarşı koalisiyasının sözçüsü Ryan Dillon deyib.

O bildirib ki, sözügedən qruplaşma İŞİD-ə qarşı mübarizəni dayandırdıqları üçün silahları təhvil verəcək:

“Şuhuk təhlükəsiz bölgədə 55 kv kilometr daxilində Əsəd rejiminə qarşı mübarizə aparmamağı qəbul etdi. Qruplaşmanın bəzi üzvləri isə İŞİD-ə qarşı döyüşəcəyini bildirib”.

Gununsesi.info