Bu quşlar süni yolla çoxaldılacaq

  • By admin
  • 13 Oktyabr 2017 21:44

qirqovul_210215_04

AMEA Zoologiya İnstitutunda nadir və nəsli kəsilməkdə olan növlərin çoxaldılması istiqamətində uğurlu nəticələr əldə olunub.

Gununsesi.info xəbər verir ki, İnstitutdan Trend-ə daxil olan məlumata görə, nadir və nəsli kəsilməkdə olan növlər süni şəraitdə çoxaldılır. Tətbiqi Zoologiya Mərkəzində İnstitutun elmi-tədqiqat planına uyğun olaraq, “Azərbaycanda bəzi nadir quşların (adi qırqovul, yaşıl qırqovul, qırmızı kəklik) süni şəraitdə çoxaldılma üsullarının hazırlanması” mövzusunda araşdırmalar aparılır.

Cari ildə icraçılar tərəfindən Qafqaz qırqovulunun çoxaldılma üsulu hazırlanıb, optimal rejim müəyyənləşdirilib və 50-dən artıq bala alınıb.

Gununsesi.info