Bu qüvvələrdən Türkiyəyə qarşı ŞOK HƏMLƏ Gizli plan ÜZƏ ÇIXDI

  • By admin
  • 14 Sentyabr 2021 10:42

Türkiyə Silahlı Qüvvələrinin ölkə daxilində və sərhəddə keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində böyük zərbə vurulan PKK/YPG terror təşkilatının sülh və təhlükəsizliyə əngəl yaratmaq üçün hücumlarını artırması ilə yanaşı, yeni çirkin planlar hazırladıqları da üzə çıxıb.

Gununsesi.info xəbər verir ki, türk mediasının yaydığı xəbərdə qeyd olunur ki, terrorçular ölkə əhalisinin təxminən 10 faizini təşkil edən Suriyadakı xristianlara sıx məskunlaşdıqları bölgələrə və kilsələrə yönəlik artilleriya, hava hücumları təşkil edərək günahı türk qoşunlarının üzərinə atmağı planlaşdırırlar.

Xristian vətəndaşlara və onların ibadət yerlərinə hücum etməklə diqqəti başqa istiqamətə yönəltməyi hədəfləyən terror təşkilatının yazılı və sosial mediadan da istifadə edərək Türkiyəni beynəlxalq aləmdə çətin vəziyyətə salmağı planlaşdırdığı bildirilib.

Digər tərəfdən, bölgədəki mənbələr vətəndaş müharibəsindən əvvəl sayı 2 milyonu keçən Suriyadakı xristian əhalinin sayının İŞİD və PKK/YPG terror təşkilatının həyata keçirdiyi hücumlar səbəbilə 677 minə qədər azaldığını qeyd ediblər.

Gununsesi.info