Bu rəqabət məsələsi çox şişirdilib və heç bir əsas olmadan siyasiləşdirilib -Prezident İlham Əliyev

  • By admin
  • 15 Dekabr 2021 12:00

“Açığı, sizə deyə bilərəm ki, biz qaz məsələni heç vaxt Rusiya ilə müzakirə etməmişik. Rusiya prezidenti Vladimir Putin yeni dəhlizdə Rusiya qazına alternativ təmsil barədə bizə narahatlığını bildirməyib”.

Gununsesi.info  xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində deyib.
“İldə bir neçə dəfə mütəmadi olaraq görüşür və davamlı olaraq telefonla danışırıq, amma o, heç vaxt belə məsələ qaldırmayıb. Bu rəqabət məsələsi çox şişirdilib və heç bir əsas olmadan siyasiləşdirilib. Bizim qaz təchizatımız Rusiya ilə heç bir şəkildə rəqabət apara bilməz”.

HTML tutorial

Prezident Azərbaycanın böyük təbii qaz yataqları olduğunu xatırladaraq deyib:

“Hazırkı Avropada qaz böhranını təhlil etsəm, mənim qiymətləndirməm ondan ibarətdir ki, bizim böyük təbii qaz yataqlarımız var. Amma Avropaya ənənəvi təbii qaz tədarükü ilə müqayisədə daha qısa nəql marşrutumuz var”.

Dövlət başçısı bildirib ki, Azərbaycan qazı Avropa bazarları üçün yenidir, çünki Avropa İttifaqınnda və quruma üzv olmayan bəzi ölkələrdə hasilat azalır.
“Hamımız bilirik ki, bəzi ölkələrin enerji strategiyası ilə bağlı qəbul etdiyi qərarlar səbəbindən Avropada təbii qaza tələbat artacaq. Burada Azərbaycan etibarlı tərəfdaş, Avropanın dostu kimi yardım edə bilər. Bütün infrastruktur işlərini artıq başa vurmuş bir ölkə kimi təsəvvür edin, Bakıdan İtaliyaya 3500 kilometr qaz kəməri düşünün, onun bir hissəsi dənizin altındadır. Hər şey hazırdır və bizdə problem yoxdur. Bizə ancaq Avropa Komissiyası və üzv dövlətlərlə, bizdən daha çox qaz almaq istəyənlərlə yaxından işləmək, danışıqlara başlamaq lazımdır”.

Gununsesi.info