Bu radio DİN-in nəzarətinə keçdi

  • By admin
  • 25 May 2022 14:26

“Avto FM” radiosu Daxili İşlər Nazirliyinin (DİN) nəzarətinə keçib.

Gununsesi.info xəbər verir ki, bu, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) DİN-in tabeliyinə verilməsindən sonra baş tutub.

Belə ki, NİİM əvvəllər Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olub. Prezident İlham Əliyevin bu il fevralın 7-də imzaladığı fərmanla “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” MMC DİN-in tabeliyinə verilib. Bununla “Avto FM” radiosu da DİN-in nəzarətinə keçib, hazırda radio NİİM-in tabeliyində fəaliyyətini davam etdirir.

Qeyd edək ki, “Avto FM” MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Cavid Neymətzadədir.

Xatırladaq ki, hazırda NİİM-in rəhbəri polis polkovnik-leytenantı Namidan Piriyevdir.

Gununsesi.info