Bu rayona Heydər Əliyevin adı verilsin - YAP-ÇI DEPUTATDAN TƏKLİF

  • By admin
  • 13 Fevral 2018 16:04

“Təklif edirəm ki, Bakının Qaradağ rayonunun adı dəyişdirilərək, Ulu Öndər Heydər Əliyevin şərəfinə adlandırılsın”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisdə “Ələt azad iqtisadi zonası” haqqında qanunun birinci oxunuşda müzakirəsi zamanı deputat Aydın Hüseynov deyib.

O bildirib ki, həm eks-prezident Heydər Əliyevin, həm də prezident İlham Əliyevin Qaradağ rayonunun sosial-iqtisadi inkişafında önəmli rolu olub:
“Ona görə də təklif edirəm ki, Heydər Əliyevin anadan olmasının 95 illiyi illiyi ələqdar Qaradağ rayonununun Heydər Əliyev rayonu adlandırılsın”.

Gununsesi.info