j
Oktyabrın 12-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Zarat”, “Çandahar”, “Qara Siyəzən”, “Giləzi kərpic zavodu”, “Hacılar MMC”, “MMZ quşçuluq”, “Beşdam” ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
SOCAR-dan Gununsesi.info-ya verilən məlumata görə, təmir müddətində Siyəzən rayonun Zarat, Çandahar və Qara-Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Gununsesi.info