
Bakının N.Nərimanov rayonundakı Əliyar Əliyev küçəsində yaşayan sakinlər artıq iki sutkadan bəri təbii qaz təminatı ilə bağlı problemlər yaşadıqlarını deyirlər.
Gununsesi.info bildirir ki, sakinlərinin sözlərinə görə, srağagün axşam saatlarından etibarən evlərə və mənzillərə verilən təbii qazın təzyiqi həddən artıq aşağı düşüb.
“Nərimanov rayon qaz istismar sahəsinə fasiləsiz zənglərdən sonra təsadüfən bizə cavab verdilər. “Narahat olmayın, problem həll olunacaq” söylədilər. Daha sonra “Yoxladıq, heç bir problem yoxdur, təzyiq normaldır” dedilər. Lap sonra “Problem sizin sayğaclarda, borulardadır” söylədilər. Halbuki bunların heç bir həqiqətə uyğun deyil. Bizi, sadəcə başlarından edirlər: borular və sayğaclar normadadır. Ola bilməz ki, onlarla ev və mənzildə sayğaclar kütləvi şəkildə nasazlaşsın”, – sakinlər bildiriblər.
Gununsesi.info